Şirvanda maşın "Qanlı dərə"yə aşdı, sürücü ağır xəsarət aldı
Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.
Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi “Lada Priora” markalı 99 GD 997 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq “Qanlı dərə” adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.