Qubada 37 yaşlı kişi bıçaqlandı
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-TV nın şimal bürosunun verdiyi məlumata görə, bir neçə bıçaq xəsarəti alan rayonun Alekseyevka kənd sakini, 1979-cu il təvəllüdlü İsrafilov Oqtay Zərifşah oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan O. İsrafilovun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.