"Zəngilandakı ermənilər ikiqat qaçqın olacaqlar" - KOMİTƏ SƏDRİ

"Səfirliklərimiz ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin xarici işlər nazirliklərinə çox ciddi nota təqdim edib. Bu notalarda torpaqlarımızın işğalı ilə bağlı geniş məlumatlar, faktlar əksini tapıb".

 

APA TV-nin xəbərinə görə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyir ki, ölkəmizin Rusiyadakı səfirliyində artıq Zəngilanın işğalı ilə bağlı anım tədbiri keçirilib. Fransa və Amerikada da belə tədbirlər olub. Tədbirlərə bu ölkələrin millət vəkilləri, diplomatlar və digər şəxslər dəvət olunublar. Artıq ağlamağı dayandırmalı və torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq.

 

Baş nazirin müavini 2 il əvvəl ATƏT-in fakt araşdırıcı missiyasının Zəngilan rayonuna ermənilərin köçürülməsi faktını aşkarladığına toxunaraq deyir ki,  ATƏT və digər beynəlxalq qurumlar bu faktı görsə də, kənardan müşahidə etməklə kifayətlənir:

 

"Hələ biz prezident seçkilərinə olan münasibətdən gördük ki, bu təşkilatlar Azərbaycanın taleyini həll edə biləcək istəkdə deyil. Azərbaycanın özünün özündən və prezidentindən başqa, bu problemi həll edəcək adam yoxdu. Ermənilər də bilməlidir ki, bu gün işğal altında olan Zəngilan rayonunda ermənilər məskunlaşıb. O ermənilərə öz dövlətləri  iki dəfə qaçqın həyat yaşadacaqlar, necə ki, bizim millətimizə bunu yaşatdılar".


Zəngilanın Ermənistan tərəfindən işğalının 20 illiyinə həsr olunmuş tədbirdə Rayon İcra Hakimiyyəti ninbaşçısı, içtimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə İlqar Əlifioğlunun müəllifi olduğu Zəngilanın 20 ilinə həsr olunan "Qayıdış"  sənədli filmi nümayiş olunub. Tamaşaçılar həmin filmi APA TV-də baxa bilərlər.

 

Müəllif | Apa.Tv