Postda öldürülən erməni əsgərin qatili tutuldu
Ermənistandakı hərbi hissələrdən birində öldürülən əsgərin qatili məlum olub. APA TV-nin məlumatına görə, bu barədə erməni mətbuatı yazıb.
Oktyabrın 15-də müddətli həqiqi hərbi xidmətdə olan əsgər Vaaqn Virabyan postda güllənib. Atəş onun sinəsinə və sifətinə açılıb. O, yerindəcə ölüb.
Onu öz hərbçi yoldaşının qətlə yetirdiyi təsdiqlənib. Qatil yaxalanıb, istintaq gedir.