Mosul əməliyyatı: "Canlı bomba" konvoyu partlatdı, 70 əsgər öldü - HADİSƏ ANI
İraqın Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndi ərazisində baş verib.
Məlumata görə, terrorçu-kamikadze zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində İraq ordusunun 70-ə yaxın hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.
Xatırladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.