Bakıda 65 min nəfərlik Olimpiya Stadionu nə vaxt istifadəyə veriləcək?

"Bakı 2015" Olimpiya Oyunları dünya idman tarixində böyük rol oynayacaq. Hazırda işin gedişindən görünür ki, yarışların keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlər vaxtında həll olunacaq".

 

APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Olimpiya oyunlarının kordinasiya komissiyasının ikinci iclasında deyib. Onun sözlərinə görə, idman quruğularının 80-90 faizi 2014-cü ilin sonuna qədər hazır olacaq: "65 minlik Olimpiya Stadionu və Böyük Su-Hovuz Kompleksi 2015-ci il fevralın əvvəlinə istifadayə veriləcək. Hazırda bir gün də istirahət etməyə vaxt yoxdur. Görülən işlər bütün idman qurğularının vaxtında tikilib istifadəyə veriləcəyini deməyə əsas verir".

 

Nazir bildirib ki, oyunlarla bağlı növbəti təqdimat noyabrıən 21-dən 23-dək Romada keçiriləcək.

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirib ki, yarışlara hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub, Təşkilat Komitəsinin işi qrafikə uyğun aparılır. Onun sözlərinə görə, 18 növ oyunun daxil olduğu olimipya oyunlarında uğur həm Azərbaycanın, həm də Avropanın uğuru olacaq. O, bildirib ki,  koordinasiya komissiyası aprel ayında yenidən Azərbaycana qayıdacaq. Hazırlıqlarla əlaqədar müşahidələr aparacaqlar. Kordinasiya komissiyasından idman proqramları dəqiqləşdirildikdən sonra müxtəlif ölkələrdən olan sponsurlarla danışıqlar aparılacağını bildiriblər. 

Müəllif | Apa.Tv
Apa.tv