Qaya parçası Quba-Xınalıq yolunu bağladı
Quba-Xınalıq yoluna qaya parçası düşüb. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.
Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 6 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb. Nəticədə bir neçə saatdan sonra yolda hərəkət bərpa olunub.