Dollar uzun müddətdən sonra bahalaşdı
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının oktyabrın 19-a olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, dolların rəsmi məzənnəsi bu günlə müqayisədə artaraq 1,6 manat səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün dolların rəsmi məzənnəsi 1,5969 manata bərabər olub.