Hövsanda SEKSUAL MANYAK yaxalandı

Hövsanda qadınlara qarşı seksual xarakterli hərəkətlər törədən Əhmədov Hacıbaba Bayram oğlu haqqında cinayət işi başlanıb. Faktla bağlı toplanmış materiallar Suraxanı rayon prokurorluğu tərəfindən araşdırılır. Rayon prokurorluğundan faktı APA TV-yə təsdiqləyiblər. İlkin araşdırmalar zamanı məlum olub ki , Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub. Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib.

 

Baş təhqiqatçı Emin Məmmədovun sözlərinə görə, digər vətəndaşlar ərizə ilə müraciət edərək bildiriblər ki, Hövsan qəsəbəsində onlara qarşı seksual hərəkətlər edib. Müəyyən olunub ki, həmin şəxs Əhmədov Hacıbaba Bayram oğludur.

 

Təqsirləndirilən şəxs Hovsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb. O, bölmədə dindirilən zaman seksual xarakterli hərəkətlər etdiyini etiraf edib. Əsasən qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini cəkdiyini təsdiqləyib:

 

"Özü bildirib ki, daim bu hərəkətləri edib, buna meyllidir. Avtobusda, hər yerdə. İş Suraxanı rayon prokurorluğuna göndərilib".

 

APA TV-nin əldə etdiyi məlumata görə, Hacıbaba Əhmədov son illər əsəb pozğunluğundan əziyyət çəkirmiş. Suraxanı rayon prokurorluğundan isə hadisəyə münasibət bildirməkdən imtina ediblər. Onlar bunu rayon prokurorunun göstərişi ilə əsaslandırıblar. Qeyd edək ki, Suraxanı rayon prokurorluğu toplanmış materialları təkrar polis idarəsinə göndərib. Bu dəfə faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv