İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan etdi
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.
APA-nın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz “twitter” səhifəsində yazıb.
Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub. Qərarı yalnız Misir dəstəkləməyib.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.