PKK-nın Suriya qanadı Türkiyə ərazisini minaatanlarla vurdu
PYD/YPG terrorçuları Türkiyə ərazisini minaatanlarla atəşə tutub. APA TV-nin məlumatına görə, terrorçular nəzarətdə saxladıqları Suriyanın Afrin bölgəsindən Hataya 5 minaatan mərmisi atıb.
Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında atəş açan hədəflərə "Fırtına" topları ilə qarşılıq verildiyi bildirilir. Mərmilər Türkiyə ərazisində boş bölgəyə düşüb.
Hadisə zamanı hər hansı itkinin olmadığı qeyd olunur.