ABŞ Mosul əməliyyatında ilk itkisini verdi
Mosul yaxınlığında koalisya qüvvələrinə məxsus yük maşını partladılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Başika yaxınlığında qeydə alınıb.
Əməliyyatın beşinci günü koalisiya qüvvələrinə məxsus hərbi konvoyun hərəkəti zamanı partlayış baş verib. Hərbçi silah-sursat yüklü maşınların yaxınlığında təhlükəsizlik növbəsində olub. O, hadisə yerində ölüb. Həlak olan hərbçinin kimliyi açıqlanmır.
Bu, Mosul əməliyyatı başlayandan ABŞ-ın birinci, 2014-cü ildən bu yana isə İraqda İŞİD-lə mübarizə nəticəsində öldürülən 4-cü əsgəridir.
Pentaqondan məlumat təsdiqlənib.