Yük maşını “VAZ 2109”un üstünə aşdı - DƏHŞƏTLİ QƏZA

Gəndob-Yalama yolunun 6-cı km-də, Şabran rayonun Şahnəzərli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasının Dağıstan Resoublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Hüseyn Çopanovun  idarə etdiyi, içində balıq məhsulları olan “Volvo” markalı yük maşını Xaçmaz rayon, Qaraqutdu kənd sakini 1983-cü il təvəllüdlü Zöhrab Qasımovun idarə etdiyi 27 BC 983 dövlət nömrə nişanlı “VAZ 2109” markalı avtomaşının üzərinə aşıb. Qəza nəticəsində minik maşının sürücüsü və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Naidə Qasımova xəsarət alıb.

 

Hüseyn Çopanov deyib ki, digər sürücü onu çaşdırıb: "Mən yolumla gedirdim. Onlar məni çaşdırdılar, maşını aşırdım".

Hadisənin şahidi isə bildirib ki, yük maşını sürətlə gedirmiş.

 

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir..

 

Qəzadan sonra yolda tıxac yaranıb. Qazaxıstana balıq aparan yük maşınındakı balıq məhsulları isə yola dağılıb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan