Kərkükdə silahlı hücum: 16 nəfər öldürüldü
İraqın şimalındakı Kərkük şəhərində terror aktı törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə şəhərin şimal-qərbində qeydə alınıb.
Əvvəlcə polis idarəsini atəşə tutan 3 silahlı şəxs daha sonra elektrik stansiyasına hücum edib və İraq vətəndaşı olan 12 əməkdaşı, həmçinin 4 iranlı texniki işçini güllələyiblər.
Şəhərdə atışmaların davam etdiyi deyilir.