İstanbulda Tarixi Eminönü Balıqçısının sahibi öldürüldü
İstanbulda məşhur Tarixi Eminönü Balıqçısının sahibi öldürülüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Səlahəddin Yıldırım silahlı hücuma məruz qalıb.
Bir neçə güllə yarası alan iş adamı çatdırıldığı xəstəxanada keçinib. Səlahəddin Yıldırım yerli vaxtla saat 22:00 radələrində avtobus dayanacağının yaxınlığında güllələnib.
Hadisə yerinə çox sayda polis gəlib. Araşdırmalar başlanıb.