Bakıda çiskinli və küləkli havalar başlayır
Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun yarımadada gecə 9-11, gündüz 11-14 dərəcə, Bakıda gecə 9-11, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11, gündüz 12-15 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.