Siyəzəndə 37 yaşlı qadını maşın vurdu
Oktyabrın 22-si axşam saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 37 yaşlı Cəfərova Bibixanım Elman qızını maşın vurub.
Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən B.Cəfərovanın vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.