Tovuzda maşın 60 qoyunu ƏZİB KEÇDİ

Tovuz rayonunda şəxsi təsərrüfat sahibinə məxsus 60-a yaxın qoyunu maşın vuraraq öldürüb. Bu barədə APA TV-yə Tovuz rayon Polis Şöbəsindən veriblər. Rayonun Qovlar şəhərindən İbrahim Hacılı kəndinə gedən yolda yüksək sürətlə hərəkət edən, hələ ki, markası məlum olmayan avtomobil Cabbar Hüseynova məxsus qoyun sürüsünün içinə girib və nəticədə 78 qoyun olan sürüdən 60-ı yerindəcə tələf olub. Cabbar Hüseynov isə yüngül bədən xəsarəti ilə hadisədən qurtula bilib. Xəstəxanaya yerləşdirilən Cabbar Hüseynova ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Tovuz rayon Polis İdarəsinin rəisi Vaqif İsmayılov bildirib ki, artıq avtomobilin markası dəqiqləşdirilib, hadisəni törədən sürücü saxlanılaraq məsuliyyətə cəlb ediləcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli