Yenə yağış yağacaq - HAVA PROQNOZU
Oktyabrın 23-də Bakı və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-10° isti, gündüz 11-14, Bakıda gecə 8-10 dərəcə, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-10 dərəcə, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir