Goranboyda ev külə döndü: yaşlı kişi diri-diri yandı
Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.metr olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
APA TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.