Ryazanda bina partladı, ölənlər və itkin düşənlər var - PARTLAYIŞ ANI
Rusiyanın Ryazan şəhərində yaşayış binasında partlayış baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.
İlkin versiyaya əsasən, partlayışa səbəb qaz sızması olub. Partlayış nəticəsində binanın 9-cu və 10-cu mərtəbələrindəki 7 ev tamamilə yararsız vəziyyətə düşüb.
Ölənlərin meyitləri dağıntılar altından çıxarılıb. Onların üçü də yaşlı şəxslərdir.
Hazırda xəstəxanalarda 4 nəfər saxlanılıb. Hadisə yerində xilasedicilər işləyir. Ryazanda fövqəladə vəziyyət elan olunub.