Moskvada güllələnmiş erməni cəsədləri tapıldı
Rusiya paytaxtında kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Rusiya İstintaq Komitəsinin nümayəndəliyindən bildirilib.
“Yeni Moskva rayonunda kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb. Faktla bağlı cinayət işinə başlanılıb”, deyə məlumatda qeyd olunur.
Hazırda hadisə yerində müstəntiqlər işləyir. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.