Xamneyi: "ABŞ neftin qiymətini salıb, ondan silah kimi istifadə edir"
İranın Ali dini rəhbəri Seyid Əli Xamneyi ABŞ-ın son 15 ildə apardığı yanlış siyasət səbəbindən çətin vəziyyətə düşdüyünü iddia edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o deyib ki, Amerika neftin qiymətini aşağı salıb, bundan silah kimi istifadə edir.
Xamneyi həmçinin ABŞ-ın məğlubedilməz olmadığını bildirib. O deyib ki, belə düşünənlər səhv edir.
Xatırladaq ki, İranda səfərdə olan Venesuela prezidenti Nikolas Maduro Seyid Əli Xamneyi və prezident Həsən Ruhani ilə görüşüb.
Xamneyi həmçinin ABŞ-ın məğlubedilməz olmadığını bildirib. O deyib ki, belə düşünənlər səhv edir.