İŞİD-dən növbəti qətliam: 200 Mosul sakini öldürüldü
İŞİD-in Mosulda 200 adamı qətlə yetirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar terrorçularla birlikdə döyüşməkdən imtina edən şəhər sakinləridir.
Son bir neçə gündə Mosulda öldürülən dinc insanların sayının 500-ü ötdüyü deyilir.
Qətlə yetirilən insanların meyitləri ailələrinə verilmir.