Bağdadinin ən yaxın adamı öldürüldü
İraq ordusunun Mosula endirdiyi hava zərbələri nəticəsində terror təşkilatının rəhbəri Əbu Bəkr əl-Bağdadinin ən yaxın adamı öldürülüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onun köməkçisi Əbu Üsamə şəhərin cənub ərazisinin bombalanması nəticəsində məhv edilib. Onunla birlikdə İŞİD-in bir neçə komandiri də qətlə yetirilib.
Aviazərbələr Telleskuf qəsəbəsinə endirilib. İraq ordusunun rəhbərliyindən məlumat təsdiqlənib.
Xatırladaq ki, İraq ordusu peşmərgə ilə birlikdə Mosul əməliyyatına oktyabrın 17-də beynəlxalq koalisiyanın dəstəyi ilə başlayıb.