Tovuzda 59 yaşlı kişini qonşusu bıçaqladı
Tovuzda 59 yaşlı kişi bıçaqlanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Alakol kənd sakini, 1957-ci il təvəllüdlü Zahid Ələkbərov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Z.Ələkbərovun mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.