Siyəzəndə ağır qəza: ana öldü, qızı yaralandı
Bu gün səhər saatlarında Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 110-cu kilometrliyində qeydə alınıb.
"Daewoo" markalı maşın yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin - 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı dünyasını dəyişib. Onun qızı, 17 yaşlı Fatimə isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.