Dollar bahalaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının oktyabrın 25-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi bu günlə müqayisədə artaraq 1,6211 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,6151 manat olub.