Bakıda yağışlı hava davam edəcək
Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
APA TV-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8, gündüz 9-12 dərəcə, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9, gündüz 9-13 dərəcə, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.