ABŞ dolları növbəti dəfə bahalaşdı
Azərbaycan Mərkəzi Bankı dolların yeni rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının oktyabrın 26-na olan məzənnəsi 1,6291 manat olaraq müəyyən edilib.
Mərkəzi Bank bu gün üçün 1 ABŞ dollarının məzənnəsini 1,6211 səviyyəsində müəyyən etmişdi.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,6211 məzənnəsi ilə başlayıb və 1,6291 məzənnəsi ilə yekunlaşıb.