Xaçmazda maşın aşıb, xəsarət alan var
Xaçmaz-Xudat yolunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun 5-ci km-də qeydə alınıb.
“VAZ 21011” markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxsin Xaçmaz rayonu, Müşkül kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Elşən Fərrux oğlunun vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.