Ağdamda iki maşın toqquşdu, sürücülər xəstəxanalıq oldu
Ağdamda yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.
Kənd sakini Vüqar Əliyevin idarə etdiyi VAZ-21011 markalı avtomobil Taleh Məmmədovun idarə etdiyi VAZ-2106 markalı maşınla toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Onlar Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.