Azərbaycanda ilk: ömürlük məhkum həbsxanada evləndi! - XÜSUSİ REPORTAJ

APA TV olaraq nikah mərasimində iştrak etdik. Amma bu dəfə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında. Fərqli mənzərəydi. Sevinc dolu üzlər və tikanlı məftillər.

 

Ömürlük həbsə məhkum olan Sergey Strelyayevlə Lüdmila Alenikovanın nikah mərasiminə qadın hüquqlarını müdafiə təşkilatlarının üzvləri, KİV nümayəndələri, Ədliyyə Nazirliyinin rəhbər şəxsləri təşrif buyurmuşdular. Qız evi gələnə kimi Sergeydən təəssüratlarını öyrəndik.

 

"Birinci dəfə burda kitabın təqdimatında anamla gəlmişdi, ondan sonra münasibət yarandı, başladıq məktublaşmağa. 2 ildir,  yanıma gəlir. İndi özümü həbxanada hiss etmirəm, mətbuat nümayəndələri gəliub. Hətta adi adamlarda belə olmur. Duzdür, siz gedəcəksiniz, yenə həbsxana həyatı qalacaq. Yaxşı ki, belə bayramlar olur".

 

Sergeyin bu günü həm də bayram kimi qəbul etməsində təəcüblü hec nə yox idi. Zarafat deyil, 2002-ci ildən məhbəs həyatı yaşayan bu şəxs 34 illik həyatında gördüyü ən maraqlı, yaddaqalan günlərdən birini yaşayırdı. Özünün dediyi kimi, azadlıqda olsaydı, nigah mərasimi bu qədər səs-küyə səbəb olmazdı. Lüdmilanı isə sözün düzü, artıq biz də cox gözləyirdik. Hər-halda  bu qeyri-adı nikaha hazır olan 24 yaşlı qızın surəti, kimliyi təəsürratlarını öyrənmək maraqlı idi. Budur, həmin an gəlib çatdı... Sergeyin şeirlərinin aşiqi olan Lyuba hər ay gəldiyi təcridxanaya bu dəfə nikaha imza atmaq ücün qədəm qoyurdu.

 

Qonaqlar təcridxasnanın akt zalına dəvət olundular. Mərasimdə cıxış edən Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili üzrə İdarənin rəisi vəzifəsini icra edən Rafiq Ramazanov Sergey Strelyayevlə Lüdmila Alenikovaya xoşbəxtlik arzu etdi. O bildirdiki, Azərbaycanda məhkumların saxlandığı yerlərdə normal şərait yaradılıb: “Məhkumlar yalnız azadlıq hüququndan məhrum ediliblər. Onlara bütün şərait yaradılıb. Hər zaman Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən məhkumların saxlanılması, həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür”. R.Ramazanov  cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlardan evlənənlərin olduğunu da bildirdi: “Bizim müəssisələrdə nikaha daxil olan məhkumlar var. Lakin ömürlük olaraq azadlıqdan məhrum edilmiş şəxsin nikaha daxil olması birinci dəfədir”.

 

Daha sonra Qaradağ Rayon Qeydiyyat İdarəsinin rəisi Tamella Babayeva çıxış etdi. S. Strelyayev və L. Alenikovanın nikahını rəsmiləşdirdi.

 

Rusiya Ali məktəblərindən birinin üçüncü kursunda təhsil alan Lüdmila əvvəl  Sergeyin seirlərinin, şeirdən başlayan tanışlıqdan sonra isə özünün vurğunu olub: "Qərarım qətidir. Bilirəm ki, məni burda bəlkə də hec kim başa düşmür. Amma bu qəti fikrimdir, əsas odur ki , onu sevirəm və kiminsə məni başa düşüb-düşməməsini gözləmirəm. Bu mənim qərarımdı. Secimi özüm etdim".

 

Gəlinlə söhbətimizə bəy müdaxilə etdi. Amma bu dəfə qızla tanışlıqlarından yox, bizimlə rastlaşdığı ilk günü xatırladı, 11 il əvvələ qayıtdı.

 

Bəy müxbiri tanıdğını dedi, məlum oldu ki, o, həbs olunduğu zaman, müxbirimiz ondan müsahibə alıb.

 

Tort kəsildi, hədiyyələr verildi. Öyrəndik ki, Lyuba musiqi sədası olmasa da, burdan cıxan kimi Sergeyin anasının yaşadığı evə gedəcək. Bəy evinə, bəyi evdə olmayan bəy evinə. Amma bu, onun üçün dərd deyil. Çünki onun sevgisi dörd divara sığacaq bir sevgi də deyil. Sözün bütün mənalarında sərhəd tanımayan sevgidir. Hasarın bu tayından o tayına aşıb keçəcək, qədər sərhədsiz və həddsiz bir sevgi. Həm də ömürlük bir məhəbbət. Elə Sergeyin cəzası kimi...

 

 

Müəllif | Apa.Tv