Gəncədə 46 yaşlı kişi dəm qazından zəhərləndi
Gəncədə dəm qazından zəhərlənmə olub.
APA TV-nın qərb bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Niyaməddin Abbasov dəm qazından zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, N.Abbasov yaşadığı evdə olarkən dəm qazından zəhərlənib.