Səyyar "ASAN xidmət" Ucar və Zərdabda

Səyyar "ASAN xidmət"i bu dəfə Ucar və Zərdab rayonlarının əhalisinə xidmət göstərəcək. APA TV-nin xəbərinə görə, noyabrın 6-a kimi səyyar şəkildə göstəriləcək xidmətlər  Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

"ASAN" xidmət mərkəzinin mətbuat katibi Anar Hüseynovun sözlərinə görə, indiyədək 30 rayonun sakinlərinə  müvafiq dövlət orqanlarının xidmətləri göstərilib.

 

Noyabrın 6-na qədər Ucar və Zərdabda olacaq  səyyar "ASAN" mərkəzinin işçi heyəti 145 mindən çox əhalinin problemini həll etməyə çalışacaq.

 

Müəllif | Apa.Tv
Zahid Abışov