Tovuzda iki yük maşını toqquşdu
Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“MAZ” və “KamAZ” markalı iki yük avtomobilinin toqquşması nəticəsində “MAZ”-ın sürücüsü, Ağstafa rayon sakini, 1985-ci il təvəllüdlü Eşqin Məhərrəmov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.