Ağdamda kürəkən qayınanasına və qonşulara xəsarət yetirib
Ağdamda kürəkən yeznə qayınanasını döyüb, köməyə gələn qonşulara isə xəsarət yetirib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.
Qayınanasının evinə qonaq gələn Eyvaz İsmayılov ailə münaqişəsi zəminində Fərqanə Ağayevaya xəsarət yetirib. Səs-küyə gələn qonşular Fərqanə Ağayevanı qəzəbli kürəkənin əlindən almağa çalışıblar. Qonşular Elvin Abbasov və Zaur Əhmədov qadını ölümdən xilas etsələr də, özləri kəsilmiş-deşilmiş bədən xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları bir neçə nəfərə xəsarət yetirən kürəkəni saxlayıblar. Faktla bağlı araşdırmalara başlanılıb.