ABŞ-da hava limanında təyyarə yandı - HADİSƏ ANI
ABŞ-ın Çikaqo şəhərinin hava limanında “American Airlines” şirkətinə məxsus təyyarədə yanğın baş verib.
APA TV-nin məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.
Mayami şəhərinə uçan təyyarənin göyərtəsində 161 sərnişin və 10 heyət üzvü olub. İnsident nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir.
İlkin versiyaya əsasən, yanğın texniki nasazlıq səbəbindən baş verib.