PKK-dan xain hücum: 3 şəhid, 5 yaralı
PKK terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin üç hərbçisi şəhid olub, beş nəfər yaralanıb.
APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Hakkari bölgəsinin Çukurca rayonunda qeydə alınıb. Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.
Hazırda bölgədə PKK silahlılarına qarşı əməliyyat davam edir.