Zaqatalada iki meyit tapıldı - MÜƏMMA
Zaqatalada iki nəfər müəmmalı şəkildə dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Afər Mütəllibov küçəsi ev 2 ünvanında Zaqatala şəhər sakinləri - 1974-cü il təvəllüdlü Ömər Saleh oğlu Talıbov və 1955-ci il təvəllüdlü Adil Nadir oğlu Abdullayevin meyitləri sonuncuya məxsus mənzildə aşkar edilib.
İlkin ehtimala görə, ölümə səbəb qida zəhərlənməsi olub.
Faktla bağlı araşdırma aparılır.