Braziliya Deputatlar Palatasının sədri: "Azərbaycana səfərim ticari və işgüzar xarakter daşıyır"
Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
APA TV-nin məlumatına görə, bu gün nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib.
R.Maya bildirib ki, səfər ticari və işgüzar xarakter daşıyır: "Məqsəd Azərbaycan-Braziliya münasibətlərinin daha da yaxşılaşdırılmasına nail olmaqdır".
Bakı ilə Rio de Janeyronun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən qonaq buna görə Bakıya səfər etməyin çox xoş olduğunu deyib.