İslam Əməkdaşlıq Təşkilatının prezidentləri səhv salan baş katibi istefa verdi
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni vəzifəsindən istefa verib. APA TV-nin məlumatına görə, bu barədə xəbəri “Əl-Ərəbiyə” telekanalı yayıb.
İyad Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb.
Ötən həftə mətbuat konfransında çıxış edən İyad Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salmışdı. “Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var ”, - yanlışlığını zarafatla düzəltmək istəyən İyad Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə demişdi. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlmişdi.
Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib.