Şəkidə qadın EVİNİ YANDIRDI və İNTİHAR ETDİ
Şəki şəhəri, Sabit Rəhman küçəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kvadratmetr olan 2 otaqlı evin eyvanı 1 kvadratmetr sahədə yanıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları mənzildə ev sahibinin yanmış meyitini aşkar ediblər.
APA TV-nin əməkdaşının məlumatına görə, aparılan araşdırma nəticəsində yanmış qadının 1952-ci il təvəllüdlü İsmayılova Valentina Vulatovna olduğu aşkarlanıb. İlkin ehtimallara görə, hadisə intihar məqsədi ilə törədilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində təhqiqat aparır. Qadının övladları Bakıda yaşayır, özü isə hadisə baş verən mənzildə tək yaşayıb.