Bakıda XIX beynəlxalq səhiyyə sərgisinin açılışı olub

Bakıda 19-cu beynəlxalq səhiyyə sərgisinin açılışı oldu. Dünyanın 17 ölkəsindən 130 nümayəndənin iştirak etdiyi bu sərgidə səhiyyə preparatları, səhiyyədə istifadə olunan yeni avadanlıqlar nümayiş olunacaq.

Eyni zamanda, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri də fəaliyyətə başlayıb. APA TV-nin məlumatına görə, sərginin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev hər payız Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi bir ənənəyə çevrilib. Bu il sərgi iştirakçılarının sayı 20% artıb.
 

19-cu Beynəlxalq Sərgidə Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çexiya, Türkiyə, Çin və digər ölkələrdən olan şirkətlər müasir tibb müəssisələri üçün ən yeni və zəruri texnologiyaları nümayiş etdirir. Eksponatların ümumi sayının 40 faizini təşkil edən debütantlar arasında Qazaxıstan, BƏƏ, İordaniya və digər ölkələrdən olan şirkətlər də yer alır. Çexiya Respublikası isə sərgidə ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edir.

 

Müəllif | Apa.Tv