Sumqayıtda minik maşını qatarın altında qaldı, sürücü öldü
Sumqayıtda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Quba yolunun 31-ci kilometrliyinin yaxınlığındakı dəmir yolu keçidində "VAZ-2104" markalı avtomobillə qatar toqquşub.
Qatarın altında qalan avtomobildəki 40 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.