Türkiyə parlamentinin sədr müavini həbs edildi
Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan həbs edilib. O, kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri və deputatları ilə birlikdə Ankarada saxlanılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə HDP partiyasının nümayəndəsi bildirib.
Pərvin Buldan PKK ilə əlaqəsi olmaqda şübhəli bilinir. Xatırladaq ki, P. Buldan 2013-cü ildə İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Ocalana baş çəkib.