Türkiyədə polis idarəsinin binası partladıldı: ölən və yaralananlar var
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda terror aktı törədilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil terrorla mübarizə və çevik polis alayının yerləşdiyi binanın girişində partladılıb.
İlkin məlumata əsasən, hadisə zamanı 1 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub.