Polad Bülbüloğlu: “Rusiya ilə VİZA TƏTBİQ ETMƏYƏ HAZIRIQ”
"Azərbaycan tərəfi viza rejiminin tətbiqinə hazırdır. Mən bunu rəsmən onlara bildirmişəm ki, əgər Rusiya bu məsələni qaldırsa, Azərbaycan qısa zamanda məsələyə baxıb qərar verəcək". Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
“Onsuz da hər iki dövlətin vətəndaşları ölkəyə xarici pasportla gəlirlər. Düşünürəm ki viza rejİmini tətbiq etmək lazımdır. Bu barədə bizə nə vaxt təklif gəlsə, bunu gerçəkləşdirməyə hazırıq”.
Səfir hazırda Azərbaycan-Rusiya münasibətlərində problem olmadığını bildirib.