Zaqatalada 16 yaşlı qızı maşın vurdu
Zaqatala rayonunda 16 yaşlı qızı maşın vurub. APA TV-nin xəbərinə görə, hadisə dünən axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci km-liyində baş verib.
1984-cü il təvəllüdlü Vüsal Vidadi oğlu Qurbanov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə Balakəndən Zaqatala istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Taxtalar kənd sakini, 2000-ci il təvəllüdlü Ayşat Mikayıl qızı Qazıyevanı vurub. Ağır bədən xəsarətləri alan 16 yaşlı qız dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, Ayşat Qazıyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.