Şəki şəhəri YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilə bilər

Şəki şəhəri YUNESKO-nun Mədəni İrs Siyahısına düşməkdə iddialıdır və hazırda bu istiqamətdə müvafiq təşkilatlar tərəfindən iş aparılır. Bu barədə oktyabrın 30-da Şəkidə YUNESKO və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə layihəsi çərçivəsində keçirilən regional təlim zamanı deyilib.

Azərbaycanın YUNESKO ilə işlər üzrə Milli Komissiyası, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbrdə məşqçi və ekspert kimi muzey idarəçiliyi mütəxəssisləri, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Ukraynadan profil muzeylərin nümayəndələri iştirak ediblər.

Təlim çərçivəsində kiçik regional muzeylərin rolu nəzərdən keçirilib həm də muzeylərin sərgi kimi fəaliyyətlərini, o cümlədən muzeylərin işində yerli ictimaiyyətin rolunu və muzey personalının işinin yaxşılaşdırılması müzakirə edilib.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov